Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda yolların cari və əsaslı təmir işləri davam edir

07 dekabr 2022 | 15:17

Bu gün Göyçay şəhəri daxil olmaqla rayon kəndlərinin yollarında da abadlıq, cari və əsaslı təmir işləri davam edir.

07 dekabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyinin, “17 saylı Yol İstismar İdarəsi”nin təşkilatçılığı və kənd sakinlərinin dəstəyi ilə 800 metr məsafədə Qızılağac kəndinin mərkəzi yoluna çınqıl daşı tökülərək cari təmir olunur.

İşlərin görülməsi üçün qeyd olunan idarələrin əraziyə işçi heyyəti və texnika cəlb edilib. 

Xatırladaq ki, şəhər ərazisində mərhələli şəkildə küçə və dalanlara asfalt örtüyünün vurulması işləri davam edir.  

Keçidlər