Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda yerli sahibkarlarla görüş keçirilib

23 avqust 2023 | 13:23

Rayon İcra Hakimiyyətinin başçısı mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, onların təklif və problemlərini dinləyir.

Avqustun 22-də rayon İcra Hakimiyyətində yerli sahibkarlarla növbəti görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev bildirib ki, görüşün keçirilməsində əsas məqsəd mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasıdır.

Sonra İcra Başçısı rayon ərazisində həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işlərinin aparılmasının əhəmiyyətini qeyd edilib.

Son aylar rayonda aparılan abadlıq işləri barədə məlumat verən rayon rəhbəri qeyd edib ki, görülən işlərin davamı olaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar xüsusi layihə əsasında aqroturizmin inkişafı və ətraf mühitin mühafizəsi, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını təmin etmək məqsədilə hazırda şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsi ərazisində yerləşən Göyçay Dayaq Məntəqəsinə məxsus ərazidə aqroturizm parkının salınması işlərinə başlanılıb.

Həmçinin şəhər ərazisində piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin olunması üçün yolların asfaltlanması, piyada səkilərinin əsaslı təmiri, küçələrin gecə işıqlandırılması işlərinin mərhələli şəkildə davam etdiyini vurğulayıb.

Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıblar.

 Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sahibkarlar onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər