Göyçay rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib
20 iyul 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Göyçay çayının şəhər ərazisindən keçən hissəsinin kənarlarında təmizlik aksiyası keçirilib.
Təmizlik aksiyası Göyçay Rayon İcra Hakimiyyətinin, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Aksiyada Şəhər Təsərrüfatı Birliyinin, Göyçay rayonu üzrə Gənclər və İdman sektorunun, həmçinin rayonda fəaliyyət göstərən xidməti təşkilatların kollektivləri də fəal iştirak ediblər.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin əsas məqsədi ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Toplanan məişət tullantıları yığılaraq ərazilərdən daşınıb. Göyçayda təmizlik işləri daim diqqət mərkəzində saxlanılmaqla həftəsonları təmizlik işlərinin aparılması mütəmadi olaraq davam etdirilir.