Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbir keçirilib

01 avqust 2025 | 16:34

 “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019- 2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1143 nömrəli sərəncamın 10.12.5 maddələrində nəzərdə tutulmuş xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və sair)  mövzusunda tədbir keçirilib.

Göyçay Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Mərkəzi Aran Regional Bölməsinin Qida təhlüksəziliyinə nəzarət sektorunun müdiri Elvin Qasımov, həmin sektorun məsul əməkdaşı İlahə Mahmudova, rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin, Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi Şəxsin əməkdaşları və  kənd inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Mərkəzi Aran Regional Bölməsinin Qida təhlüksəziliyinə nəzarət sektorunun müdiri Elvin Qasımov Xüsusi həssas əhali qrupları — immun sistemi zəif olan insanlar, körpələr və azyaşlı uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər — qida ilə bağlı xəstəliklərə və zərərli maddələrin təsirinə qarşı daha həssasdırlar. Bu səbəbdən, onların sağlamlığını qorumaq məqsədilə xüsusi qida təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir.

Əsas Tədbirlər: Maarifləndirmə və təlim, Qidaların təhlükəsiz seçilməsi, qidanın düzgün hazırlanması və saxlanması, Uşaq və qocalar üçün xüsusi menyular, qida təhlükəsizliyinə dövlət nəzarəti, Fortifikasiya olunmuş və keyfiyyəti yoxlanmış məhsulların təşviqi, riskli hallarda operativ xəbərdarlıq

Agentliyin Mərkəzi aran regional bölməsi tərəfindən Göyçay rayonunda xüsusi həssas əhali qrupları üçün parklarda küçələrdə müxtəlif biketlər paylanmış, həmçinin müxtəlif maarifləndirici söhbətlər aparılmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər