Göyçay rayonunda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə abadlıq, quruculuq və suvarma arxlarının qazılması işləri mütəmadi olaraq davam etdirilir
Göyçay rayonu ərazisində son aylar vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə küçələrin işıqlandırılması, yaşıllıqların artırılması, suvarma arxlarının qazılması, avtomobil və piyada yollarının qaydaya salınması üzrə əsaslı işlər aparılır. Görülən işlər şəhər ərazisi ilə yanaşı kəndlərdə də davam etdirilir.
Avqustun 24-də Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm, Cəyirli və Ləkçılpaq kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə nümayəndəliyə daxil olan kəndlərin ərazisindən keçən yolların kənarlarında abadlıq və təmizlik işləri aparılaraq mövcud yaşıllıqlara aqrotexniki qulluq olunmuş, ağacların əhənglənməsi təşkil edilmişdır.
RİH başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşəbbüsü və kənd sakinlərin dəstəyi ilə nümayəndəliyə daxil olan Qarabağlar və Şəhadət kənd qəbiristanlıqlarında səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından təmizlənmiş və yaşıllıqların suvarılması təmin edilmişdir.
Rayonun Çaxırlı kəndində Göyçay Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinin üzərinə düşən ağacların budaqlarında yaşıl budama işləri aparılaraq elektrik enerjisi ilə təminatın dayanıqlı olması və yanğın hadisələrinin qarşısının alınması istiqamətində tədbirlər görülüb.
Həmçinin rayonun Şəkili, Hacıağabəyli, Alxasava və Şıxbəy kəndlərində vətəndaşların əkin sahələrinin vaxtında suvarılmasını təmin etmək məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən arxlar lil və çöküntülərdən, kol-kosdan təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.