Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Vətən müharibəsinin şəhidi Zamiq Əhmədovun üçüncü ildönümü qeyd olundu

27 sentyabr 2023 | 17:10

Sentyabrın 27-də rayonun Ləkçılpaq kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədov Zamiq Çingiz oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olunduqdan sonra ailəsinin yaşadığı evdə görüş keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ləkçılpaq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüşlər.

Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmasını vurğulamışdır.

Rayon İcra Hakimiyyəti başçısının Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyev, şəhid ataları Arif İsmayılov və Akif Kərimov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildiriblər.

Şəhidin atası Çingiz Əhmədov ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Xatırladaq ki, şəhid Zamiq Əhmədov 16.11.1987-ci il tarixdə Göyçay rayonu Ləkçılpaq kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş,  27 sentyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər