Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda təmizlik aksiyası keçirilib

15 oktyabr 2024 | 20:01

15 oktyabr 2024-cü il tarixdə respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonunun ərazisindən keçən hissələrində genişmiqyaslı təmizlik işləri aparılıb.

Təmizlik aksiyasında rayon icra hakimiyyəti başçısı aparatının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, kənd bələdiyyələri, rayon gəncləri, həmçinin Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları iştirak ediblər.

İməclik zamanı avtomobil yolunun kənarlarına yığılan tullantıların, alaq otların və kol-kosun təmizlənməsi işləri həyata keçirilərək mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Tədbirin keçirilməsində məqsəd rayon ərazisində təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Keçidlər