Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda təhsil müəssisələrində aparılan tikinti və təmir işlərinə baxış keçirilib

27 may 2025 | 18:07

 

26 may 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Göyçay rayonunda inşa olunan təhsil müəssisələrində aparılan tikinti və təmir işləri ilə yerində tanış olublar.

Rayonun Qarabaqqal kəndi ərazisində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 360 şagird yerlik Qarabaqqal kənd tam orta məktəbinin yeni binasının tikinti işlərinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Göyçay şəhəri ərazisində yerləşən 11 nömrəli uşaq bağçasının əsaslı təmiri ilə bağlı aparılan işlərə yerində baxış keçirilib

Baxış zamanı tikinti işlərinin gedişi, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Göyçay şəhər ərazisində 7 nömrəli, Bəydövül kənd uşaq bağçalarının, Yeniarx, Ləkçılpaq kənd körpələr evi-uşaq bağçalarının əsaslı təmiri işləri barədə məlumat verilib.

 

Keçidlər