Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda suvarma arxları lildən təmizlənir

24 may 2023 | 11:10

Əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə mütəmadi olaraq suvarma arxları lil və kol-kosdan təmizlənir.

Suvarma əsasən Sudan İstifadəçilər Birlikləri ilə bağlanmış müqavilə əsasında aparılır.

Mayın 24-də vətəndaşların torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə Şəkili və Mallı Şıxlı kəndlərinin ərazisində 600 metr məsafədən çox suvarma arxları lil və çöküntülərdən təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.

Suvarma arxlarının qazılması işləri gündəlik tərtib edilmiş qrafikə uyğun olaraq rayonun digər kəndlərində də həyata keçirilir. Görülən işlər nəticəsində arxların ötürücülük qabiliyyəti artırılır, su itkisinin qarşısını alınır ki, bunun da nəticəsində Göyçayda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaşanmayacaq.

Keçidlər