Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda sosial xidmətlər barədə maarifləndirici tədbir keçirilib

11 iyun 2025 | 11:22

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.5-ci bəndinin "Sosial işin idarə edilməsi sisteminin elektron versiyasının yaradılması və çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə sosial işin bu sistem vasitəsilə təmin edilməsi" məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilmişdir. 

Göyçay Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vətəndaşlar mövcud sosial xidmətlər, həmçinin xidmətlərlə təmin olunmaq üçün müraciət qaydaları barədə və digər məsələlərlə bağlı məlumatlandırılıblar.

Eyni zamanda, sakinlərə sözügedən mövzu ilə bağlı müvafiq bukletlər paylanılıb.

Qeyd edək ki, bu kimi tədbirlər davamlı şəkildə həyata keçiriləcəkdir.

Keçidlər