Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda şəhidin ildönümündə bulağın açılış oldu

10 oktyabr 2022 | 17:37

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Potu kənd sakini, Kərimli Orxan Akif oğlunun Şəhidlər Xiyabanında məzarı ziyarət olunmuş və şəhərin Natəvan küçəsində adına inşa edilmiş bulaq kompleksinin açılışı olmuşdur.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi, idarə, müəssisə, təşkilatların, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüşlər.

Bulağın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Xatırladaq ki, şəhid Orxan Kərimli 06.10.2001-ci il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuşdur. 09.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 10 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə  "Vətən uğrunda", “Kəlbəcərin  azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına  görə”  medalları ilə təltif edilmişdir.

Keçidlər