Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda “Himayədar ailə institutunun hədəfləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

13 noyabr 2024 | 17:57

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.5.2-ci “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” bəndinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Göyçay Rayon İcra Hakimiyyətinin və Sosial Xidmətlər Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filialının Göyçay rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun müəssisələrinin inzibati binasında himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərə dair seminarlar keçirilmişdir.

Keçirilən maarifləndirmə seminarlarında qeyd olunub ki, ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi dövlətimizin prioritet sahələrindən biridir. Tədbirdə himayədar ailə institutunun inkişaf hədəflərindən söhbət açılıb, “Himayədar ailə” qayğı modelinin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, məqsəd valideyn himayəsindən məhrum olan uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə şərait yaratmaqdır.

Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb, yolverilməzliyi diqqətə çatdırılıb.

 

Keçidlər