Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda həftəsonları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yol kənarlarında abadlıq işlərinin görülməsi davam etdirilir

24 avqust 2024 | 12:17

Göyçay rayon ərazisində həftəsonu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yol kənarlarının abadlaşdırılması istiqamətində təmizlik işləri həyata keçirilib.

Avqustun ayının 24-də rayonunun Aşağı Qaraməryəm, Cəyirli, Yalman, Ləkçılpaq kəndlərinin yol kənarlarında və Qarabaqqal kənd qəbiristanlıq sahəsində iməcliklər təşkil edilərək alaq otlarından, kol-kosdan təmizlənib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ağacların əhənglənməsi işləri görülüb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində abadlıq işlərinin aparılması mütəmadi olaraq davam etdirilir.

Keçidlər