Göyçay rayonunda güclü külək və yağışın törətdiyi fəsadlar aradan qaldırılıb
12 iyun 2024 | 10:38
Göyçay rayonu ərazisində 11 iyun 2024-cü il tarixdə saat 22:00 radələrində baş vermiş təbii fəlakət - güclü külək və yağış nəticəsində şəhərin bir çox küçələrində, eləcə də kəndlərdə güclü külək yol kənarlarındakı ağacları aşırmış, yağan yağış daşaraq küçələri, həyətyanı sahələri su basmış, elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmışdır.
Baş vermiş hadisənin operativ şəkildə aradan qaldırılması ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və aidiyyəti təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilərək qırılan ağaclar təmizlənərək yol kənarlarından daşınıb, elektrik verilişində yaranan nasazlıqlar aradan qaldırılıb.