Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda FHN-nin Aran Regional Mərkəzi mülki müdafiə kursu keçirib

05 sentyabr 2024 | 17:35

Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 4 sentyabr 2024-cü il tarixdə rayonun ümumi təhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə yeni tədris ilinin əvvəlində kurs keçirilib.

Bu kursun keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılmasına və məktəblərdə mülki müdafiəni tədris edən müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

Tədbirdə Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin, Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil idarəsinin Göyçay rayon təhsil sektorunun əməkdaşları, Göyçay rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin həkimləri və mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri iştirak ediblər.

Kursda iştirak edən dinləyicilər qarşısında “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, nəqliyyat qəzaları, partlayışlar və digər fövqəladə hallarla bağlı ətraflı məlumatlar verilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə və ilk yardımın göstərilməsi qaydaları nümayiş etdirilib. İştirakçılara məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsinə dair metodiki tövsiyələr verilib. Mövzulara uyğun olaraq əyani dərs vəsaiti kimi video roliklər, slayd materiallar təqdim olunub.

Sonda bəhs olunan mövzular üzrə verilmiş çoxsaylı suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb, iştirakçılara maarifləndirici yaddaş kitabçaları paylanılıb.

Keçidlər