Göyçay rayonunda elektrik təsərrüfatının yenilənməsi işlərinə başlanılıb
“Azərişıq” ASC tərəfindən Göyçay şəhəri ilə yanaşı kəndlərin də daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılıb.
Ötən həftə ərzində bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaranan çətinliklərin aradan qaldırılması üçün hava xətlərində təmir işləri aparılıb.
Həmçinin Göyçay Elektrik şəbəkəsinin xidməti ərazisində rayonun Qarabaqqal, Hacalıkənd, Çayarxı, Bığır, Mirzəhseynli, Cəyirli, Kürdəmiş, Ləkçılpaq, Yalman və Qarabağlar kəndlərində abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və qəzaların qısa vaxt ərzində aradan qaldırılması məqsədilə 10 kV-luq xətt ayırıcıları quraşdırılmış və yarımstansiyalarda istismar müddəti bitmiş 35 və 10 kV-luq yağ açarları yenisi müasir tipli eleqaz ilə əvəz edilmişdir.