Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Çayarxı kəndinin mərkəzi yolunun əsaslı təmiri işlərinə başlanılıb

06 dekabr 2023 | 18:06

Rayon ərazisində yol infrastrukturunun abadlaşdırılması istiqamətində əsaslı və cari təmir işləri aparılması davam etdirilir.

Dekabrın 6-da uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşmüş rayonunun Çayarxı kəndinin mərkəzi yolunun əsaslı təmir işlərinə başlanılıb.

“17 Nömrəli Yol İstismarı” MMC tərəfindən hazırda uzunluğu 4,4 kilometr olan kəndin mərkəzi yoluna çəkiləcək asfalt örtüyün alt torpaq qatının bərkidilməsi, yolun sağ və sol çiyinlərinin təmir-bərpa edilməsi, yol boyunca su keçidlərinə plastik və beton boruların yerləşdirilməsi, həmçinin kommunikasiya xətlərinin qaydaya salınması işləri aparılır.

İşlər başa çatdırıldıqdan sonra ümumilikdə 3 min nəfərə yaxın əhalisi olan kəndin rayon mərkəzi ilə əlaqəsi asanlaşacaqdır.

Keçidlər