Göyçay rayonunda abadlıq işləri davam etdirilir
Şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və aidiyyəti təşkilatların iştirakı ilə rayon ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri davam etdirilir.
Heydər Əliyev parkındakı oturacaqlar bərpa edilərək yenidən rənglənmiş, yararsız halda olan piyada səki daşları yenisi ilə əvəzlənmişdir.
Şəhərin Heydər Əliyev prospektində, Nizami, Natəvan, N.Nərimanov, M.Hüseynzadə, Atatürk, M.Ə.Rəsulzadə, Zərdabi küçələrində yolların kənarları məişət tullantılarından, kol-kosdan, suvarma arxları lil və çöküntülərdən təmizlənmişdir.
Həmçinin rayon ərazisində ağacların, yaşılllıqların suvarılması işləri aparılmış, küçə və prospektlərdəki yol cizgi xətləri, piyada zolaqları yenilənmişdir.
Çərəcə Qarayazı kəndlərinin ərazisindən keçən suvarma arxları rayon Suvarma Sistemləri idarəsi tərəfindən lil və çöküntülərdən təmizlənmiş, Mallı Şıxlı, Yeniarx Hacıağabəyli kəndlərinin suvarılmasında istifadə edilən su ötürücü şülüzlər cari təmir olunmuşdur.