Göyçay rayonunda 9 kəndin yolu əsaslı şəkildə yenidən qurulub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistarl avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.
26 may 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov doqquz kəndi birləşdirən yeni avtomobil yolunun Ulaşlı Şıxlı, Yeniarx və Hacıağabəyli kəndlərinin ərazisindən keçən hissəsinə baxış keçiriblər.
Uzunluğu 42.35 kilometr olan avtomobil yolu əsaslı şəkildə bərpa edilərək 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib. Yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də aparılıb.