Göyçay rayonunda “8 noyabr-Zəfər günü” münasibətilə yürüş keçirilib
07 noyabr 2024-cü il tarixdə “8 noyabr-Zəfər günü”nün dördüncü ildönümü münasibətilə keçirilən “Zəfər yürüşü”ndə Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Göyçay rayonu üzrə gənclər və idman sektorunun, Göyçay Gənclər evinin kollektivi, Qarabağ Müharibəsi veteranları və rayon gəncləri iştirak ediblər.
Göyçay rayon Heydər Əliyev Mərkəzinin qarşısından başlayan yürüş Şəhidlər Xiyabanına qədər davam edib.
Qazilərin də iştirak etdiyi bayram əhval-ruhiyyəli yürüşdə “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”, “Yaşasın Azərbaycan!” və “Yaşasın Ali Baş Komandan!” şüarları səsləndirilib.
Əllərində, üçrəngli Azərbaycan Bayrağını və şanlı Zəfərimizə həsr olunmuş bannerləri tutan gənclər 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd ediblər.