Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların dördüncü ildönümü qeyd edilib

26 oktyabr 2024 | 16:12

26 oktyabr 2024-cü il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Hacıyev Toğrul Siyavşah oğlunun ildönümü rayonun Çayarxı kəndində və Mikayılov Elvin Nizami oğlunun ildönümü Alpout kəndində məzarları önündə qeyd edilib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, ictimaiyyət üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Anım tədbirinin sonunda orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Xatırladaq ki, Şəhid Hacıyev Toğrul Siyavşah oğlu 04.02.1991-ci il tarixdə Göyçay rayonunun Çayarxı kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 26 oktyabr  2020-ci il tarixdə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Şəhid Mikayılov Elvin Nizami oğlu 01.08.1986-ci il tarixdə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. 26 oktyabr 2020-ci il tarixdə Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər