Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonun Xəlitli-Yeniarx‒Hacıağabəyli kəndlərarası avtomobil yoluna yeni asfalt örtüyü vurulub

02 iyul 2024 | 09:11

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Göyçay rayonunda kəndlərarası avtomobil yolu infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əsaslı təmir işlərinin aparılması davam etdirilir.

Rayon İcra Hakimiyyəti başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini əhatə edən Xəlitli, Yeniarx və Hacıağabəyli kəndlərində vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etmək məqsədilə uzunluğu 5,2 km olan mərkəzi yollara yeni asfalt örtüyü vurulub.

Yeni salınmış yol boyu 3 dayanacaq və suvarma sularının ötürülməsi üçün müxtəlif diametrli borular yerləşdirilib. Yolun əsaslı təmir-tikinti işləri “17 Nömrəli Yol İstismarı” MMC  tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Kəndin mərkəzi yoluna yeni asfalt örtüyünün vurulmasına görə kənd bələdiyyəsi, sakinlər ölkə Prezidentinə və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Keçidlər