Göyçay rayonun 12 kəndinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə yeni yarımstansiyanın tikintisi işlərinə başlanılıb
03 noyabr 2023 | 17:51
Noyabrın 3-də Göyçay rayonunun Mırtı kəndi ərazisində “Azərişıq” ASC tərəfindən 35/10 kV-luq yarımstansiyasının tikintisi işlərinə başlanılıb.
“Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin məlumatına əsasən Mırtı yarımstansiyası rayonun 12 kəndini - Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərininin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcəkdir.
5150 abonenti əhatə edən, ümumi gücü 6.3 meqavatamper olacaq Mırtı yarımstansiyasında 7 ədəd 10 kV-luq yuvanın quraşdırılması və 7.1 km məsadə 35/10 kV-luq yeni elektrik xətlərinin çəkilməsi işləri də həyata keçiriləcəkdir.