Göyçay rayonu ərazisində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyalarının keçirilməsi davam edir
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
Oktyabrın 22-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 182-227-ci km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı aparatının, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Həyata keçirilən aksiya zamanı avtomobil yolunun kənarında bu günədək 4731 ədəd ağac və gül kolları əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb.
Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.
Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.
Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına ümumilikdə 10000 ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.