Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonu ərazisində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib

16 noyabr 2023 | 17:14

Göyçay rayonunda ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi, sanitar-gigiyena qaydalarının pozulması, eləcə də tullantıların müəyyən edilməmiş yerlərə atılmasının qarşısının alınması məqsədilə Göyçay Rayon Polis Şöbəsi tərəfindən qanunvericiliyə uyğun nəzarət tədbirləri keçirilib.

Rayon Polis Şöbələrinin əməkdaşlarının iştirakı ilə cari dövr ərzində keçirilən tədbirlər zamanı ümumilikdə 60 nəfər fiziki və hüquqi şəxs barəsində protokol tərtib olunub.

Belə ki, rayonunun Qarabaqqal, Çayarxı, Ləkçılpaq, Cəyirli, İnçə, İkinci Ərəbəcbirli, Bığır, Qarayazı, Çərəcə kəndlərində, o cümlədən Göyçay şəhəri ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı qeyd olunan kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, rayon Polis Şöbəsi tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasına və tullantıların müəyyən edilməmiş yerlərə atanlar barəsində qanunvericiliyə uyğun tədbirlərin keçirilməsi davam etdirilir.

Keçidlər