Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonu ərazisində abadlıq və təmizlik işləri davam etdirilir

23 may 2023 | 09:45

Göyçay rayonu ərazisində abadlıq işləri, yaşıllıqların artırılması, avtomobil və piyada yollarının qaydaya salınması, suvarma arxlarının qazılması və digər istiqamətlər üzrə gündəlik işlər aparılır.

Rayon İcra Hakimiyəti başçısının İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ərəbcəbirli kəndin ərazisindən keçən hissəsində kol-kosdan təmizlənmə işləri aparılaraq qaydaya salınıb.

Rayon İcra Hakimiyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yol kənarı ağaclar əhənglənmiş, alaq otlarından təmizlənmiş və suvarma arxlarının qazılması işləri görülmüşdür.

Rayonun Çaxırlı kəndində elektrik transformatorunun ətrafı kol-kosdan təmizlənmiş, ərazidə abadlıq işləri aparılmışdır.

Həmçinin rayonun Ləkçılpaq kəndində bələdiyyə tərəfindən kəndin daxili yollarının kənarları kol-kosdan və məişət tullantılarından təmizlənərək qaydaya salınıb.

Keçidlər