Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub

18 oktyabr 2022 | 14:43

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev oktyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Keçidlər