Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən “8 Noyabr – Zəfər Günü” qeyd olunub
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, şəhid ailələri, müharibə iştirakçıları, geniş rayon ictimaiyyəti, respublikamızın tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə bayram konserti təşkil edilib.
İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon ictimaiyyətini Zəfər Günü münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi Zəfərimizin xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bayram tədbiri respublikanın Əməkdar artisti Bəyimxanım Vəliyevanın, müğənnilər Kazım Can və Çinarə Məlikzadənin musiqiləri, “İnci” rəqs qrupunun çıxışları ilə davam edib, möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Əziz göyçaylılar, Zəfərimiz mübarək olsun!






