Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinə ziyarəti davam edir
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 04 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidləri Əliyev Aslan Elman oğlu, Əzizov Qüdrət Bəhruz oğlu, Hacıyev Toğrul Siyavşah oğlu və Qasımov Qismət Yolçu oğlunun ailə üzvləri ilə görüşüb.
Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də iştirak edib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.
Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.
Sonra rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.