Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib
18 aprel 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirilib.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, rayon Polis Şöbəsinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Ümumilikdə qəbul zamanı 60-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.