Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi şəhidi Elvin Mikayılovun ailə üzvlərini ziyarət etdi

13 oktyabr 2023 | 10:43

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 12 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidi Mikayılov Elvin Nizami oğlunun ailə üzvləri ilə görüşüb.

Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də iştirak edib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.

Şəhidin ailə üzvləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

Sonra rayon rəhbəri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

Keçidlər