Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirmişdir

05 noyabr 2022 | 13:58

05 noyabr 2022-ci il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında rayonda fəaliyyət göstərən aparıcı (30 nəfər) sahibkarla görüş keçirilmişdir. Keçirilən görüşün əsas məqsədi ölkə başçısı cənab İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən səmərəli istifadə edərək fəaliyyətlərinin genişləndirilməsi, problemlərin birgə həlli istiqamətində səylərin artırılması ilə bağlı olmuşdur.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlandı.

Şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsi iştirakçılarının ilk növbədə işlə təmin olunması, şəhərdə mövcud sahibkarlara məxsus obyektlərin ərazisində səliqə-səhman işlərinin aparılması, rayonun iqtisadi inkişafı, əhalinin gəlirlərinin artırılması məqsədilə vakant yerlərin yaradılması layihələrinə lazımi şərait yaradılacağı və hərtərəfli dəstək göstərilməsi ilə bağlı kömək olunacağının zəruriliyi vurğulandı.

Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmış, qarşıya çıxan bəzi problemlərın qısa müddət ərzində həll olunması ilə bağlı tapşırıqlar verildi.

Sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətinin inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün müvafiq tövsiyələr verildi.

Keçidlər