Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Vətən müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun ad günündə onun ailəsi, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə məzarını ziyarət edib
16 iyul 2026 | 15:03
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Vətən müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun ad günündə onun ailəsi, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə məzarını ziyarət edib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib, onların keçdiyi şərəfli ömür yolunun gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə güc və səbr diləyirik!






