Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıb.
12 dekabr 2025 | 12:39
12 dekabr - Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anım günüdür.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, rayonun məhkəmə və hüquq mühafizə orqanları, dövlət qurumları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar.






