Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Türkiyə və İtaliyada keçirilən beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən rayon idmançıları ilə görüşüb
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Türkiyə və İtaliyada keçirilən beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən rayon idmançıları ilə görüşüb.
Görüşdə Türkiyədə keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə 7 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmış Göyçay Uşaq-Gənclər İdman Məktəbinin komandası və məşqçiləri Namət Şirinov, Əkbər Məmmədli, həmçinin İtaliyada keçirilən Kikboksinq idman növü üzrə dünya çempionatında qızıl medal qazanmış 15 yaşlı Cəmil Məmmədov və məşqçisi Rüstəm Rüstəmov, Gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı idmançıları və məşqçiləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Yarışlarda əldə etdikləri naliyyətlərə görə idmançılar və məşqçilər mükafatlandırılıb.






