Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Potu kəndində Ramil İsmayılova və Cəyirli kəndində Şakir Əliyevə məxsus bağçılıq təsərrüfatlarına baxış keçirib
08 aprel 2026 | 18:34
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Potu kəndində Ramil İsmayılova və Cəyirli kəndində Şakir Əliyevə məxsus bağçılıq təsərrüfatlarına baxış keçirib.
Təsərrüfat sahibləri RİH başçısına məhsulların yetişdirilməsi, yığım prosesi və satışın təşkili barədə ətraflı məlumat vermiş, bu sahənin inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlardan istifadə etdiklərini bildirmiş və minnətdarlıqlarını ifadə etmişlər.






