Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü mərasimlərində iştirak etdi

14 oktyabr 2023 | 13:13

14 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şəhid olan Eyvazov Əli Sehran oğlunun və Qaraman kəndi sakini Həsənov Xəyal Zeynəddin oğlunun üçüncü ildönümü mərasimlərində iştirak edib.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Eyvazov Əli Sehran oğlu 30.06.2001-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” və medalları ilə təltif edilmişdir.

 

Şəhid Həsənov Xəyal Zeynəddin oğlu 16.04.2002-ci il tarixdə Göyçay rayonunun Qaraman kəndində anadan olmuşdur. 26.05.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına  şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər