Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı İnçə kəndində növbəti səyyar qəbul keçirib

08 avqust 2024 | 15:43

08 avqust 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı İnçə kəndində sakinlərlə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.

Sonra İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyfəddin Cəbrayılov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işlər barədə məlumat verib.

Səyyar qəbul zamanı kənd sakin Etibar Məcidov İnçə kənd həkim məntəqəsində axsam saatlarında sakinlərə xidmət göstərilməsi üçün həkimin təyin olunması, Alı Qarayev pensiyasının kəsilməsi, Nazim Mustafayev övladının “özünüməşğulluq” proqramında mal-qara ilə təmin olunması, Ariz Quliyev işlə təmin olunması və kəndin digər sakinləri müxtəlif mövzular barədə müraciət etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verərək müraciətləri nəzarətə götürüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər