Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
25 oktyabr 2022-ci il tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, başçının müavinləri, aparatın şöbə müdirləri, başçının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Qəbula yazılmış rayon sakinləri ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir.
Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.