Göyçay Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti dəfə fərdi qəbulu keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin hər birinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tərəfindən növbəti dəfə vətəndaş qəbulu keçirilib.
18 fevral 2025-ci il tarixdə keçirilən qəbulda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində nəzarətə götürülmüş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələr verilmişdir.
Ümumilikdə qəbul zamanı 30 nəfər rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.