Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyətində növbəti müşavirə keçirildi

07 iyun 2022 | 16:40

07 iyun 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin sədrliyi ilə növbəti müşavirə keçirildi.

Müşavirədə RİH başçısı aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon Polis şöbəsinin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək qeyd etdi ki, yerlərdə səyyar qəbulların daha səmərəli keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ qaydada həll edilməsi daim nəzarətdə saxlanılmalı və kənd sakinlərinin daha fəal iştirakı təmin edilməlidir.

Rayon İcra Hakimiyyəti başçısının müavinləri Ədalət Dövlətov və Zivər Zeynalova rayon ərazisində aparılan tikinti, quruculuq, abadlıq işləri, təbliğat vasitələrinin yerləşdirilməsi, qəzet və jurnallara abunə yazılışı haqqında məlumat vermişlər.

Qeyd edilmişdir ki, son günlərdə havaların isti keçməsi ilə bağlı yaşıllıqların suvarılmasına diqqət artırılmalı, məişət tullantılarının vaxtında toplanması və daşınması, şəhər və kəndlərin ərazisində, magistral yolların kənarlarında abadlıq, səliqə-səhman işlərinin aparılması təmin olunmalıdır.

İclasda həmçinin Göyçay Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılov çıxış edərək barama tədarükünün, taxıl biçininin vəziyyəti haqqında məlumat vermiş və taxıl sahələrində yanğın tədbirlərinin qarşısının alınmasının zəruriliyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələr və onların yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər