Göyçay rayon icra hakimiyyətində “Normativ hüquqi aktlar” mövzusunda təlim keçirilmişdir
13 noyabr 2022 | 18:55
Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının müvafiq bəndinin icrası məqsədilə aparatın əməkdaşlarının hüquqi cəhətdən maarifləndirilməsi, normayaratma fəaliyyətində hüquq normalarının tətbiqi mövzusunda təlim keçirilmişdir.
Təlimdə “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilmiş, normativ hüquqi aktların hazırlanması, ekspertizası və hüquqi biliklər barədə məlumatlar verilmiş, normayaratma fəaliyyətinin anlayışı, normayaratma qaydaları izah edilmişdir.