Göyçay Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə bağlandı
08 may 2023-cü il tarixində Göyçay rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Göyçay Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb.
Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.
İmzalanma mərasimində təşkil edilmiş geniştərkibli görüşdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev müqaviləninin Ulu Öndərin 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev ilində” icra olunması əhəmiyətli hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhvədir.
Qeyd olundu ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri həyata keçirilməkdədir. Dayanıqlı İnkişaf məqsədlərinin məqsəd, meyar və göstəricilərinin milliləşdirilməsi üçün əhatəli və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir.
Odur ki, bu gün icrasına başladığımız layihə məhz 2030-cu ilədək addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsəd özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.