Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub
Ehsan süfrəsində şəhid ailələri, müharibə iştirakçıları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxışında 2020-ci ilin sentyabrın 27-sində başlayan Vətən müharibəsini şərtləndirən tarixi hadisələrdən danışıb. Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqımızın milli maraqlarına söykənən uzaqgörən siyasəti və sarsılmaz iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin xalqımızın böyük uğuru olduğunu vurğulayıb. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, onların doğmalarına və qazilərimizə göstərdiyi diqqət və qayğının əsl fədakarlıq və dövlətçilik nümunəsi olduğunu bildirib.
Şəhid valideynləri adından çıxış edən Əminə Xəlilova, Hüseyn Hüseynov və Eldəniz Rüstəmov diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun! Allah şəhidlərimizə rəhmət eləsin!






