Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib

06 may 2025 | 15:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinə yerində və operativ şəkildə baxılması, onların problemlərinin həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə 6 may 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

Qəbulu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı həyata keçirib. Görüşdə icra hakimiyyəti başçısının aparatının şöbə müdirləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və nümayəndələri də iştirak ediblər.

Qəbul zamanı ümumilikdə 20-yə yaxın rayon sakini müraciətlə çıxış edib. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları isə növbədənkənar qəbul olunaraq onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılıb.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində nəzarətə götürülmüş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələr verilmişdir.

Keçidlər