Göyçay Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Şəhadət kəndində keçirilib
17 iyul 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Şəhadət kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Göyçay rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.
Səyyar qəbulda çıxış edən rayon İcra Hakimiyyəti başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Səməd Hüseynov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən abadlıq işləri barədə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı kənd sakinləri müxtəlif mövzularda rayon icra hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərinə təşəkkürlərini bildiriblər.






