Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyev təqaüdə yola salınıb

30 sentyabr 2024 | 19:11

30 sentyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın məsul əməkdaşları və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin iştirakı ilə Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyev çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb.

Görüşdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyevi 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək xoş arzularını bildirib.

Qeyd edilib ki, 35 ildən çox dövlət qulluğunda səmərəli fəaliyyət göstərməsi, rayonda keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak etməsinə görə A.Əliyev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

A.Əliyev göstərilən diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.

Sonda A.Əliyevə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ünvanlanmış təbrik məktubu və hədiyyələr təqdim edilib.

Keçidlər