Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatında “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib

01 noyabr 2023 | 14:41

 

01 noyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatında “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, həmçinin məsləhətçilər iştirak ediblər.

Təlimdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 8.10.1 bəndində Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi məsələləri müzakirə olunub.

Rayon İcra Hakimiyyətin başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov çıxış  edərək qeyd edib ki, müasir dünya təcrübəsində qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun olaraq ölkəmizdə milli dövlət quruculuğu istiqamətində son 20 ildən artıq bir müddətdir ki, islahatlar uğurla davam etdirildiyini bildirmişdir.

Qeyd etmişdir ki, bu islahatların ən bariz nümunəsi dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir. Qanunun qəbulu ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmiş, qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarına aydınlıq gətirilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapmışdır.

Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı “Dövlət qulluğu haqqında” Qanununun daha da təkmilləşdirilməsi zərurətini yaratmış, dövlət qulluğu sahəsində dünya təcrübəsi nəzərə alınaraq bir çox normativ-hüquqi aktlar qəbul olunmuş və geniş hüquqi baza yaradılmışdır.

Göyçay RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi (kadrlarla işin aparıcısı) mühazirə ilə çıxış edərək bildirib ki, dövlət qulluqçularının hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, geniş düşüncə tərzi ilə, ən başlıcası vətənə, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür. Dövlət qulluqçularının nüfuzlu olması vətəndaşların dövlətə, ölkə başçısına və rayon rəhbərinə münasibətinin formalaşmasında mühüm rol oynayır. Onun nüfuzu isə gördüyü işin nəticəsindən, peşəkarlığından asılıdır.

Rayon icra hakimiyyəti başçısı aparatında hər bir aparat işçi tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu olduğunu daima xatırlamalı, dövlət qulluğunun başlıca funksiyasının - dövlətə qulluq etmək, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaqdan ibarət olmalıdır.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər dövri olaraq keçirilir. Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının və onun tabeliyində olan dövlət qulluqçularının hər ilin sonunda olduğu kimi bu il də qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilir. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında qanunun maddələri mütəmadi olaraq keçirilən təlimlərdə təlim iştirakçılarının diqqətinə çatdırılır.

Təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilmənin dövrü və həyata keçirilməsi ilə qaydaları barədə ətraflı məlumat verilmişdir.

Həmçinin təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq tələb edilən təlimlərlə bağlı praktiki tapşırıqlar yerinə yetirilmişdir. Gələcəkdə dövlət qulluqçularının qiymətləndirilməsi sahəsində bilik və bacarıqların artırılması üçün növbəti təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər