Göyçay rayon Heydər Əliyev Mərkəzində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.12. bəndinə uyğun olaraq, 16 fevral 2024-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Göyçay rayonu üzrə gənclər və idman sektoru, Göyçay Gənclər Evinin əməkdaşlarının və yuxarı sinif şagirdlərinin birgə iştirakı ilə Göyçay rayonunun Ləkçılpaq kəndində və Göyçay rayon Heydər Əliyev Mərkəzində “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görülməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Mövzu ətrafında çıxış edənlər baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlərin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2025-ciillər üçün Strategiyası”nda öz əksini tapdığını vurğulamışdır.
Tədbirdə təhsildən yayındırılma hallarına qarşı mübarizə, qızların ali və peşə təhsilinə marağının artırılması, məişət zorakılığına qarşı həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların peşə-ixtisas seçiminə köməklik göstərilməsi qeyd olunmuş, belə tədbirlərin mütəmadi olaraq, keçiriləcəyini məişət zorakılığına qarşı mübarizədə daha güclü mübarizə aparılmasının vacibliyi nəzərə çatdırılmışdır.