Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon Bığır kənd tam orta məktəbin yeni tikilmiş binasının açılış mərasimi keçirilib

15 sentyabr 2023 | 12:05

Sentyabrın 15-də Göyçay rayonu Bığır kənd N.İsmayılov adına tam orta məktəbinin yeni tikilmiş məktəb binasının açılış mərasimi olub.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, ictimaiyyət nümayəndələri, şəhid ailələri, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

Mərasimdə çıxış edən Göyçay Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev bildirib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsil islahatları uğurla icra olunur və təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturu günü-gündən yenilənir və sürətlə inkişaf edir.

Çıxış edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni tədris ili, eyni zamanda yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin pedaqoji kollektivini və şagirdləri təbrik edib, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb.

Təhsil idarəsinin müdiri Elçin Kərimov Göyçay rayonunun cari tədris ili üzrə əldə etdiyi təhsilin inkişafı dinamikasından danışıb. O ölkə üzrə IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən Göyçay rayon ümumi təhsil müəssisələrinin ümumi nəticələrinə əsasən 7 pillə irəlilədiyini qeyd edib.

Daha sonra çıxış edən qonaqlar “Bilik Günü” və yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, ən xoş arzularını çatdırıblar.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, yenidən tikilmiş məktəb 264 şagird yerlikdir. Məktəbdə 11 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Qeyd edək ki, yeni tədris ilində məktəbdə 225 şagirdin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olacaq.

Keçidlər